Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi iştirakçısı ilə görüşüb
16 avqust 2022-ci ildə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi iştirakçısı Sadıqov Əmrah Elşən oğlu ilə görüşüb. Görüşdə RİH başçısı Vaqif Həsənov Əmrah Sadıqovun qayğıları ilə maraqlanmış, şəhid ailələrinin və qazilərin daim diqqətdə saxlanıldıqlarını qeyd etmişdir. Görüş zamanı Əmrah Sadıqov hazırda Bərdə rayonunda kirayədə yaşadıqlarını bildirərək onun mənzillə təmin olunmasına köməklik edilməsini xahiş etmişdir. Əmrah Sadıqovun müraciəti nəzərə alınaraq onun müvafiq mənzillə təmin olunması barədə aidiyyəti qurumlara tapşırıq verilərək icrası nəzarətə götürülmüşdür. Görüşün sonunda Əmrah Sadıqov şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.