Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov şəhid atasını ziyarət edib
13 noyabr 2025 | 14:12
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Birinci Qarabağ müharibəsi şəhidi Quliyev Bəhruz Xuduş oğlunun atasını ziyarət edib, onun səhhəti və qayğıları ilə maraqlanıb. Şəhidin atası Xuduş Quliyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Bəhruz Quliyev Əsgəran, Naxçivanik, Şelli, Xramord və digər istiqamətlərdə gedən döyüşlərdə şəxsi cəsarət və igidlik nümunəsi göstərmiş, 1992-ci ilin mayın 17-də Şəhidlik zirvəsinə ucalmışdır.






