Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov şəhid anası ilə görüşüb
16 avqust 2022-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ağdam şəhərindən məcburi köçkün, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 2 nömrəli ADPU-nin yataqxanasında məskunlaşan şəhid anası Səmədova Qəndab Şəfahət qızı ilə görüşüb. Görüşdə RİH başçısı Vaqif Həsənov şəhid anasının qayğıları ilə maraqlanmış, şəhid ailələrinin daim diqqətdə saxlanıldıqlarını qeyd etmişdir. Görüşdə Qəndab Səmədova şəhid övladlarının məzar daşlarının təmir və bərpası üçün köməklik edilməsini xahiş etdi. RİH başçısı bu məsələnin həlli istiqamətində aidiyyəti üzrə tapşırıq verdi. Qeyd edək ki, Səmədova Qəndab Şəfahət qızının 4 övladı və 1 nəvəsi- Səmədov Ruslan Hidayət oğlu, Səmədova Müşkünaz Hidayət qızı, Səmədova Nüranə Hidayət qızı, Səmədova Kəmalə Hidayət qızı və Səmədov Səhram Ruslan oğlu 1993-cü ildə Ağdamın ermənilər tərəfindən işğalı zamanı şəhid olmuşlar. Görüşün sonunda Qəndab Səmədova şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.