Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov şəhid ailəsini evində ziyarət edib
27 fevral 2026 | 08:21
26 fevral 2026-cı il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov aparatın əməkdaşları və YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyevlə birlikdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, şəhid Göyüşov Qurban Ramazan oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Göyüşov Qurban Ramazan oğlu 26.06.1974-cü il tarixdə Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. 12.03.1992-ci il tarixdə Ağdərə rayonunun Çıldıran kəndi ərazisində itkin düşmüş, Şəhidin nəşinin qalıqları 20 fevral 2026-cı il tarixdə Quzanlı qəsəbə “Şəhidlər Xiyabanı”nda dəfn edilmişdir.






