Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonun Ergi qəsəbəsində sakinlərlə görüşüb
11 dekabr 2025 | 14:14
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonun Ergi qəsəbəsində sakinlərlə görüşüb. Görüş zamanı qəsəbəyə gedən yolun yaxın günlərdə əsaslı təmir olunaraq asfalt örtüyünün döşənəcəyi sakinlərin diqqətinə çatdırıldı. Qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğıya görə, eyni zamanda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan işlərə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.






