Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov polis veteranı Zeyqəm Əhmədovu qəbul edib
31 iyul 2026 | 16:42
31 iyul 2026-cı il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov polis veteranı, Prezident təqaüdçüsü Əhmədov Zeyqəm Səfiyar oğlunu qəbul edib. Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Zeyqəm Əhmədovun səhhəti və sosial vəziyyəti ilə maraqlanıb, onun qayğı və müraciətlərini dinləyib. Vaqif Həsənov dövlət tərəfindən şəhid ailələrinə, qazilərə, veteranlara və digər həssas kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Zeyqəm Əhmədov isə ona göstərilən diqqət və səmimi qəbula görə minnətdarlığını ifadə edib. O, həmçinin dövlət tərəfindən polis veteranlarına göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Zeyqəm Əhmədov 16 oktyabr 2003-cü il tarixində baş vermiş kütləvi ixtişaşlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb.






