Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov milli dərəcəli futbol hakimi İmami Rəhman Məzahir oğlunu qəbul edib
03 sentyabr 2026 | 12:30
02 sentyabr 2026-cı il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ağdam şəhər sakini, 66 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi, milli dərəcəli futbol hakimi İmami Rəhman Məzahir oğlunu qəbul edib. Görüş zamanı RİH başçısı Vaqif Həsənov İmami Rəhmanın futbol hakimliyi sahəsində göstərdiyi peşəkarlığı və məsuliyyətli fəaliyyətini yüksək qiymətləndirərək, qazandığı nailiyyətlərin Ağdam rayonunun idman ictimaiyyəti üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Vaqif Həsənov İmami Rəhman Məzahir oğluna həm pedaqoji fəaliyyətində, həm də futbol hakimliyi sahəsində yeni uğurlar, möhkəm cansağlığı və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Rəhman İmami çıxış edərək idmançılara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.






