Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov məktəblilərin “Son Zəng” tədbirində iştirak edib
14 iyun 2023 | 15:56
Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində yerləşən 118 saylı tam orta məktəbdə “Son Zəng” tədbiri keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Qarabağ Regional Təshil İdarəsinin Ağdam rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək məzunları təbrik etmiş, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulamışdır.