Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov "Kunq-Fu Sanda" idman növü üzrə 2 qat dünya çempionunu qəbul edib
06 avqust 2026 | 11:20
05 avqust 2026-cı il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov "Kunq-Fu Sanda" idman növü üzrə 2 qat dünya çempionu, Avropa çempionatında erməni idmançını məğlub etmiş Mehdiyev Orxan Həşim oğlunu qəbul edib. Görüş zamanı RİH başçısı Vaqif Həsənov idmançını qazandığı qələbələr münasibətilə təbrik edib, onun beynəlxalq аrеnalarda Azərbaycan bayrağını dalğalandırmasını yüksək qiymətləndirib və gələcək yarışlarda uğurlar arzulayıb. Orxan Mehdiyev çıxış edərək idmançılara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.






