Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov kümçülərlə görüşüb

03 iyun 2022 | 21:19
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov kümçülərlə görüşüb
03.06.2022-ci il tarixdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov baramaçılıqla məşğul olan kümçülərin təsərrüfatlarında olub, kümçülərə lazımı tövsiyələrini verib, onların qayğıları ilə maraqlanıb.
Görüşdə RİH başçısı bildirib ki, baramaçılığın inkişafına dair Dövlət Proqramı, Prezident cənab İlham Əliyevin baramaçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar Ağdam rayonunda da bu sahənin inkişafına güclü təkan verib. Qeyd edilib ki, rayonda baramaçılıqla məşğul olan ailələr arasında peşəkar baramaçıların sayı ildən-ilə artır. RİH başçısı ənənəvi təsərrüfat olan baramaçılığın inkişaf perspektivlərindən danışıb.
Keçidlər