Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bir qrup Gülablı kənd sakinini qəbul edib
23 may 2024-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bir qrup Gülablı kənd sakinini qəbul edib. Kənd sakinləri işğaldan azad olunmuş Gülablı kəndində yerləşən qəbiristanlığın təmizlənməsi, vəfat edən kənd sakinlərinin həmin qəbiristanlığda dəfn edilməsi, kənddə dəfn olunan şəhidlərin ildönümü zamanı onların ziyarət olunmasının təşkili, kənddə mövcud olan kəhrizlərin bərpa olunması və kəndin işğaldan əvvəl yerləşdiyi ərazidə tikilməsinə köməklik olunması ilə bağlı RİH başçısına müraciət ediblər. RİH başçısı Vaqif Həsənov onların müraciəti ilə əlaqədar aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını sakinlərə bildirib. Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.