Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycan Milli Karate Federasiyasının yığma komandasının üzvü, Avropa çempionatının gümüş mükafatçısı Rafiz Həsənovu qəbul edib

16 iyun 2022 | 17:13

14 iyun 2022-ci il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycan Milli Karate Federasiyasının yığma komandasının üzvü, cari ilin may ayında Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatının gümüş mükafatına layiq görülmüş Rafiz Həsənovu qəbul edib. Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov idmançını təbrik etmiş, onun qayğıları ilə maraqlanmış və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Görüşün sonunda Rafiz Həsənov səmimi qəbula görə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova öz təşəkkürünü bildirmişdir.

Keçidlər