Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ağdam şəhər sakini Sevda Əliyevanı qəbul edib

17 sentyabr 2026 | 14:15

 

17 sentyabr 2026-cı il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov RİH-in inzibati binasında Ağdam şəhər sakini Sevda Əliyevanı qəbul edib. Qəbul zamanı RİH başçısı Sevda Əliyevanın problem və qayğıları ilə maraqlanıb, onun müraciətlərini dinləyib. Səsləndirilən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Sevda Əliyeva Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Çıraqlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş nişanlısı, şəhid Musayev Mehman Camal oğlunun yolunu 32 il gözləyib. Uzun illər davam edən intizardan sonra Mehman Musayevin nəşinin qalıqları 2025-ci ildə tapılıb və doğulduğu Kəlbəcər rayonunda torpağa tapşırılıb.
Keçidlər