Ağdam Rayon İcra Hakimiyyətində “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili və məlumatlandırma” mövzusunda tədbir keçirilib
04 iyun 2026 | 12:35
Ağdam Rayon İcra Hakimiyyətində “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili və məlumatlandırma” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və digər aidiyyəti şəxslər iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”ndan irəli gələn məsələlər müzakirə edilmiş, bu sahədə gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılmışdır.






