Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyəti əməkdaşının 60 illik yubileyi qeyd edilib

14 yanvar 2023 | 10:37
Ağdam Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Baxşeyiş Əliyevin 60 illik yubileyi qeyd edilib. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları və YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev yubilyarı təbrik etmiş, ona xoş arzularını bildirmişlər.
Baxşeyiş Əliyev rayonun sosial-iqtisadi inkişafında və ictimai-siyasi həyatındakı xidmətlərinə görə Rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşkilatının fəxri fərmanları ilə təltif edilib.
Keçidlər