Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon Heydər Əliyev Mərkəzində "Korrupsiyaya qarşı mübarizə" mövzusunda dəyirmi masa keçirilib

11 aprel 2023 | 17:51

11 aprel 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində "Korrupsiyaya qarşı mübarizə" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən qeyri-hökümtət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planından irəli gələn vəzifələrlə bağlı "Korrupsiyaya qarşı mübarizə" mövzusunda keçirilən dəyirmi masada ətraflı çıxışlar edilmiş və müzakirələr aparılmışdır.

Keçidlər