Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayon Heydər Əliyev Mərkəzində ahıl şəxslərin cəmiyyətə inteqrasiyasına həsr olunmuş tədbir keçirilib

22 sentyabr 2026 | 15:02

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı"nın 8.4.7-ci bəndinin (Ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə müvafiq tədbirlərin görülməsi) icrası çərçivəsində rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirin əsas məqsədi ahıl şəxslərin cəmiyyətə inteqrasiyası, onların sosial-iqtisadi həyatda fəal iştirakının təmin edilməsi, ictimai faydalı fəaliyyətə cəlb olunması, zəngin bilik və bacarıqlarından məqsədyönlü istifadə edilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. Tədbirdə çıxış edənlər ahılların cəmiyyətimizin bərabərhüquqlu və dəyərli vətəndaşları olduğunu vurgulayıb, yaşlı nəslin nümayəndələrinə hörmət və ehtiram göstərməyin yüksək mənəvi keyfiyyət olduğunu bildiriblər. Qeyd olunub ki, ahılların zəngin həyat təcrübəsindən, bilik və bacarıqlarından yararlanmaq gənc nəslin tərbiyəsində, nəsillərarası körpünün möhkəmlənməsində və mənəvi varislik ənənələrinin qorunub saxlanılmasında müstəsna rol oynayır.

Keçidlər