Ağdam rayon Birinci Dördyol qəsəbəsinin mərkəzi yolu təmir olunub
28 yanvar 2026 | 16:58
Ağdam rayon Birinci Dördyol qəsəbəsinin mərkəzi yolu, həmçinin orta məktəbə gedən yol Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təmir olunub. Yol hamarlama və bərkidilmə işləri aparıldıqdan sonra çınqıl örtüyü ilə döşənilərək sakinlərin istifadəsinə verilib.






