Ağdam Rayon Ağsaqqallar Şurasının hesabat xarakterli konfransı keçirilib
03 may 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ağdam Rayon Ağsaqqallar Şurasının hesabat xarakterli konfransı keçirilib. Konfransda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov və şuranın üzvləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon ziyalıları və ağsaqqallar iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilirməsindən, ağsaqqalların və ahıl insanların ölkənin mədəni-ictimai həyatındakı rolundan bəhs etmişlər. Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılovun şuranın fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib. Konfransda iştirak edən rayon ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.