Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Musiqi Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

29 aprel 2025 | 12:34

29 aprel 2025-ci il tarixdə Ağdam Musiqi Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin və Ağdam Musiqi Kollecinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Ağdam Musiqi Kollecinin direktoru Fehruz Səxavət və kollecin müəllim və tələbə heyəti iştirak etmişlər. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Çıxış edənlər Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1 noyabr 1996-cı il tarixli Fərmana əsasən hər il noyabrın 12-sinin ölkəmizdə “Konstitusiya Günü” kimi qeyd edilməsindən, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününun təsis edilməsindən, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsindən bəhs etmişlər. Sonda kollecin müəllim və tələbə heyətinin ifasında rəngarəng musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir.

Keçidlər