Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Musiqi Kollecində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

07 mart 2024 | 17:41
Ağdam Musiqi Kollecində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı təşkil edilib
07 mart 2024-cü il tarixdə Ağdam Musiqi Kollecində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı təşkil edilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, kollecin direktoru Respublikanın əməkdar artisti Firuz Məmmədov, kollecin müəllim və tələbə kollektivi iştirak edib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov Azərbaycan qadınının tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamasından, 2000-ci ilin mart ayının 6-da Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət-qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanından, Ümummilli liderin siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınlarının mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunmalarından, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etmələrindən, ölkə idmanının inkişafına böyük töhfələr vermələrindən bəhs edərək tədbirdə iştirak edən qadınları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, hər birinə cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulamışdır. Daha sonra kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri konsert iştirakçılarına təqdim edilib.
Keçidlər