Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Musiqi Kolleci Publik Hüquqi Şəxsin akt zalında “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilmişdir

11 iyun 2026 | 14:23

Azərbaycan Respublikasıının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bununla əlaqədər olaraq, 11 iyun 2026-cı il tarixində Ağdam Musiqi Kolleci Publik Hüquqi Şəxsin akt zalında “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilmişdir. Ağdam Rayon İcra Hakimiyyətinin və Ağdam Musiqi Kolleci Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə RİH başçısı aparatının, Rayon Polis Şöbəsinin, Ağdam rayonu üzrə gənclər və idman sektorunun nümayəndələri, kollec rəhbərliyi, müəllim və tələbələr iştirak etmişlər. Çıxış edən natiqlər insan hüquqları və qanuni mənafelərinin qorunması istiqamətində görülmüş işlərdən, “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirlərin ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynamasından bəhs ediblər.

Keçidlər