Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, professor Natiq Cavadovun yaş həddinin tamam olması ilə əlaqədar görüş keçirilmişdir
10 iyun 2024 | 18:20
10 iyun 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, professor Natiq Cavadovun yaş həddinin tamam olması ilə əlaqədar görüş keçirilmişdir.
Görüşdə Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı Gülnarə Qaralova, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Nizami Seyidəliyev, dosenti Vaqif Mirzalıyev, aparatın əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər Natiq Cavadovun rayonumuzun ictimai-siyasi həyatında fəal mövqeyi ilə seçilməsindən və fəaliyyəti dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsindən bəhs etmişlər.
Göstərilən diqqətə görə təşəkkürünü bildirən Natiq Cavadov Ulu Öndər Heydər Əliyev siyasi irsinin gənc nəsilə aşılanması, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın siyasətinin təbliği yolunda öz bilik və səylərini əsirgəməyəcəyini vurğulayıb.