Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin akt zalında “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilmişdir

05 iyun 2026 | 19:34

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, 05 iyun 2026-cı il tarixində Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin akt zalında “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilmişdir. Ağdam Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Ağdam rayonu üzrə gənclər və idman sektorunun, Ağdam rayonu üzrə təhsil sektorunun, Ağdam 1 saylı Mediasiya Təşkilatının nümayəndələrinin, kollec rəhbərliyinin, müəllim və tələbələrin iştirakı ilə baş tutan tədbirdə insan hüquqları və qanuni mənafelərinin qorunması istiqamətində görülmüş işlərdən danışılıb. Çıxış edən natiqlər “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirlərin ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynamasından bəhs ediblər.

Keçidlər