Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə keçirilən açıq dərslərdə 49 məktəbdən 590 şagird iştirak etmişdir.

22 may 2014 | 10:00

Ağdam rayonunda ümumtəhsil məktəblərinin on birinci sinif şagirdləri üçün xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə keçirilən açıq dərslər başa çatmışdır.
AzərTAc xəbər verir ki, Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularına dair dərslər təcrübəli müəllimlər tərəfindən tədris olunmuşdur.
Açıq dərslərdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilmiş, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri barədə ətraflı məlumat verilmişdir.
Məşğələlərdə şagirdlər Ulu Öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasının ölkədə iqtisadi dirçəlişə səbəb olması, Azərbaycanda demokratik dövlət quruculuğunun həyata keçirilməsi, ordu quruculuğu, xarici siyasətdə uğurlar, təhsil, mədəniyyət və idmanın inkişafı, xarici ölkələrdə Azərbaycan diasporlarının yaradılması, aqrar sahədə islahatların həyata keçirilməsi kimi mövzularda məruzələr dinləmiş, həmçinin dahi rəhbərin çoxşaxəli fəaliyyətini, uşaqlıq və gənclik, ailə həyatının ayrı-ayrı məqamlarını, Azərbaycana rəhbərliyinin hər iki dövrünü, Qarabağ bölgəsinə, o cümlədən Ağdam rayonuna səfərlərini əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablardan ibarət guşə ilə tanış olmuşlar.
Xüsusi hazırlanmış qrafik əsasında 2 akademik saat ərzində keçirilən açıq dərslərdə rayonun 49 ümumtəhsil məktəbindən 590 şagird iştirak etmişdir.

Keçidlər