Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı qadınlar şurasının IV konfransı keçirilmişdir.

22 may 2014 | 10:00

AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Konfransda YAP rayon təşkilatı qadınlar şurasının sədri Cəmilə Qasımova məruzə ilə çıxış edərək ötən dövr ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Rayon qadınlarının ictimai-siyasi həyada fəal iştirakından bəhs edən natiq bildirmişdir ki, rayon təşkilatının 5712 üzvündən 2312-si qadınlardır. Təkcə 2013-cü ildə 251 qadın partiyaya üzv olmuşdur.
Tədbirdə digər çıxış edənlər ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan, ölkənin tərəqqisindəki xidmətlərindən, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətdə yeri və rolundan, rayonun ictimai, siyasi, təhsil, səhiyyə, mədəniyyət sahələrindəki fəaliyyətindən bəhs etmişlər.
Bildirilmişdir ki, rayon qadınlarından 122 nəfəri idarəetmədə, 6167 nəfəri təhsil, 2113 nəfəri səhiyyə, 1016 nəfəri mədəniyyət sahələrində, 34 nəfəri bələdiyyələrdə çalışır. Təhsil şöbəsinin, mərkəzi rayon xəstəxanasının, musiqi kollecinin, 2 saylı peşə məktəbinin müdirləri qadınlardır.
Konfransda təşkilati məsələyə baxılmış, şuranın yeni sədri, sədr müavinləri, qurumun yeni tərkibi və idarə heyəti, həmçinin YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilmişdir.

Keçidlər