Ulu Öndər Heydər Əliyev gənclərə daim dəstək vermiş, diqqət və qayğı göstərmişdir
Ulu Öndər Heydər Əliyev gənclərə daim dəstək vermiş, diqqət və qayğı göstərmişdir. Bu sözləri Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov AzərTAc-a müsahibəsində demişdir.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu, o cümlədən dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların dövlət quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılmışdır.
Ağdamlı gənclər hər zaman Ulu Öndərin xatirəsini əziz tutacaq, daim Heydər Əliyev siyasi xəttinə sadiq qalaraq rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak edəcək, dövlətimizin qüdrətinin artması, xalqımızın rifahının yüksəlməsi, ölkəmizin inkişafı üçün həyata keçirilən işlərdə fəallıq göstərəcəklər.