Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda şəhidin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib

08 fevral 2022 | 11:00

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Qaradağlı kəndində Vətən müharibəsi şəhidi, İsizadə Elvin Azim oğlunun xatirəsinə həsr olunmuş rayonlararası futbol turnirinin final oyunu keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirildi. Finalda Ağdam rayonunun Qaradağlı kənd və Ağcəbədi rayonunun Sarıcalı kəndlərini təmsil edən futbol komandaları qarşılaşıb. Start fitindən əvvəl Ağdam Rayon İcra Hakimiyyəti başçısının finala yüksələn komanda üzvlərinə təbriki və finalda hər iki komandaya uğurlar arzusu çatdırıldı. 15:00-da başlanan final oyununu Ağdam Rayon İcra Hakimiyyətinin müavini Xəqani Nəzərov, Yeni Azərbaycan Partiyasının Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon Təhsil şöbəsinin müdiri Tahir Abbasov, şəhid İsizadə Elvinin valideynləri, digər şəhid ailələri, qazilər, ictimaiət nümayəndələri və futbolsevərlər izləyib. Oyun Qaradağlı kənd futbol komandasının 2-0 hesablı qələbəsi ilə başa çatıb. 1-ci yerə çıxan Qaradağlı kənd futbol komandasının üzvləri Rayon İcra Hakimiyyəti tərəfindən kubok, medallar və fəxri fərmanla, 2-ci yeri tutan  Ağcəbədi rayonunun Sarıcalı kənd futbol komandasının üzvləri isə fəxri fərmanla təltif edilmişlər.

Keçidlər