Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin Bərdə regionu üzrə SUB-nümayəndəliyin əməkdaşları Ağdam rayonunda olmuşlar
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin Bərdə regionu üzrə SUB-nümayəndəsi Sabrina Denuncq və SUB-nümayəndəliyin əməkdaşı Xudaverdi Rzayev Ağdam rayonunda olmuş, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşmüşlər. Görüş zamanı əvvəlki görüşlərin nəticələri müzakirə olunmuş, rayon ərazisində həyata keçirilməsi nəzərdə tutulan layihəyə- Sarıcalı kəndində kitabxananın tikintisinə start veriləcəyi bildirilmiş, daha bir neçə layihənin həyata keçiriləcəyi barədə söhbət aparılmışdır. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bu kimi layihələrin gələcəkdə də həyata keçirilməsinin vacib olduğunu komitə rəhbərinin diqqətinə çatdırmışdır. Komitə rəhbəri öz növbəsində göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.