Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidinin anım tədbiri keçirilib

08 dekabr 2021 | 11:00

Vətən müharibəsi şəhidi, baş leytenant Səfərov Hikmət İldırım oğlunun anım tədbiri keçirilib.
Tədbirdə şəhidin ailə üzvləri , Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbir iştirkaçıları II Şəhidlər Xiyabanında dəfn olunan Səfərov Hikmətin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar. Çıxış edənlər Səfərov Hikmətin döyüş yoluna nəzər salaraq onun vətən naminə göstərdiyi qəhrəmanlıqdan, xalqa və dövlətə bağlılığından , onun vətən sevgisindən geniş söhbət açmış, Azərbaycan Respublikasının qalib olduğu haqq savaşında şəhidin danılmaz zəhməti, unudulmaz fədakarlıqları olduğunu bildirmişlər.
Qeyd edək ki, şəhid Səfərov Hikmət Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı ağır yaralanmışdır. 08.12.2020-ci il tarixində Bakı şəhərində müalicə aldığı Hərbi Hospitalda vəfat etmişdir. Bakıda  II Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Şəhidimiz "Vətən uğrunda" (ölümündən sonra) , "Cəsur döyüşçü" (ölümündən sonra) , "Ağdamın azad olunmasına görə" (ölümündən sonra) medalları və 3-cü dərəcəli “Rəşadət”(ölümündən sonra) ordeni ilə təltif olunub.

Keçidlər