Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda şəhidin xatirəsinə inşa edilən növbəti abidə-bulaq kompleksinin açılışı olub

02 dekabr 2021 | 11:00

Ağdam rayonunun Sarıçoban kəndində şəhid Sadıqov Elgün Heydar  oğlunun əziz xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri,  müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də “44 günlük müharibə” kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Daha sonra abidə-bulaq kompleksinin önünə gül-çiçək dəstələri düzülərək şəhidin əziz xatirəsi yad edilmişdir.

Keçidlər