Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Kərimov Sənanın şəhadətə yüksəlməsinin 1 ili tamam olur

07 oktyabr 2021 | 11:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri Xətai rayonunda məskunlaşmış Vətən müharibəsi şəhidi, baş-leytenant Kərimov Sənan Rəhman oğlunun şəhadətə yüksəlməsinin bir ili tamam olur.
Şəhidin ildönümü mərasimində Xətayi Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Aparatın əməkdaşları, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının müavini Xəqani Nəzərov, Xətai rayon YAP sədri Vüqar Rəhimzadə, Ağdam ziyalıları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra şəhdinin adının əbədiləşdirilməsi üçün onun yaşadığı həyətdə inşa edilən abidə kompleksinin açılışı olub.
Çıxışlarda ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Daha sonra mərasim iştirakçıları şəhid, baş-leytenant Sənan Kərimovun dəfn olunduğu II Fəxri Xiyabana gedərək, onun məzarını ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək ruhuna dualar oxumuşlar.
Qeyd edək ki, şəhid, baş-leytenant Sənan Kərimov oktyabrın 7-də Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Sənan Kərimov "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Vətən uğrunda" medalı (ölümündən sonra), "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra), 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra) ilə təltif olunmuşdur.

Keçidlər