Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Region gəncləri arasında sağlam həyat tərzinin təbliği” layihəsi həyata keçirilir

16 aprel 2014 | 10:00

“Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi Ağdam rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Region gəncləri arasında sağlam həyat tərzinin təbliği” layihəsini həyata keçirir.
Layihə çərçivəsində Quzanlı qəsəbəsində yerləşən Dövlət Sosial-İqtisad və Musiqi kolleclərində tədbirlər keçirilmişdir.  Çıxış edən “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin həmtəsisçisi Zahid Əkbərov bildirmişdir ki, layihənin məqsədİ Ağdam rayonunun cəbhə xəttində yerləşən kənd və məcburi köçkün qəsəbələrində yaşayan gənclər arasında sağlam həyat tərzinin təbliği, siqaretin, spirtli içkilərin və narkotik vasitələrin insan orqanizminə ziyanı, törətdiyi fəsadlar barədə maarifləndirmə işi aparmaqdır.
Tədbirlərdə digər çıxış edənlər də layihənin əhəmiyyətini yüksək qiymətləndirərək, siqaretin, spirtli içkilərin və narkotik vasitələrin insan orqanizminə ziyanından danışmış, gəncləri bu zərərli vərdişlərdən uzaq olmağa səsləmişlər.
Tədbirlər zamanı iştirakçılara maarifləndirici materiallar paylanılmışdır.

Keçidlər