Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda şəhid baş leytenant Səfərov Hikmət İldırım oğlunun xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub

08 sentyabr 2021 | 11:00

Ağdam rayonunun İkinci Alıbəyli qəsəbəsində şəhid Səfərov Hikmət İldırım oğlunun əziz xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.
Mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, RİHB-nın aparatının əməkdaşları, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də “44 günlük müharibə” kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Çıxışlardan sonra Vətən müharibəsində iştirak etmiş bir neçə döyüşçüyə medal təqdim edilib. Daha sonra abidə kompleksinin önünə gül-çiçək dəstələri düzülərək şəhidin əziz xatirəsi yad edilmişdir. Tədbir məktəblilərin ədəbi-bədii kompazisiyası ilə yekunlaşıb.

Keçidlər