Ağdamda məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrin daxili yolları təmir edilir
08 sentyabr 2021 | 11:00
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ağdam rayonu Birinci və İkinci Baharlı köçkün qəsəbə küçələri əsaslı təmir edilir. Ümumi uzunluğu 7,2 kilometr olan, 5000-dən çox əhalinin yaşadığı qəsəbənin qəsəbə daxili yollar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən texnikaların köməkliyi ilə hamarlanır və yol daş-çınqıl qarışığı ilə təmir olunur. Bundan başqa mütəmadi olaraq komitə tərəfindən köçkünlərin məskunlaşdığı qəsəbələrdə onların mənzil-məişət şəraiti daima diqqətdə saxlanılır, təmirə ehtiyacı olan vətəndaşların evləri təmir edilir.