Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda Milli Mətbuat günü qeyd edilib

22 iyul 2021 | 11:00

22 iyul - Milli Mətbuat Günü münasibətilə Ağdam rayonunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər-gül dəstələri düzərək, Onun əziz xatirəsini yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində tədbir davam etdirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın əməkdaşları və media nümayənədələri iştirak ediblər. Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək onlara yaradıcılıq uğurları arzulayaraq, əsası “Əkinçi” qəzeti ilə Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımızın bu gün dünyaya açılan müasir informasiya resurslarına çevrildiyini bildirib.
Çıxış edənlər dövlət tərəfindən mətbuat sahəsində görülən işlərin, həyata keçirilən tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək jurnalistlərə Milli Mətbuat Günü münasibətilə göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarını bildiriblər.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bir qrup media nümayəndələrini fəxri fərmanla təltif etmişdir.

Keçidlər