Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Ağdam rayonunda olmuşlar
24 iyun 2021 | 11:00
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi ölkəmizdə Vətən müharibəsinin təsirlərinə məruz qalmış insanların humanitar problemlərin həlli üçün Avropa İttifaqının maliyyə dəstəyi ilə yardım edilməsi nəzərdə tutan layihə həyata keçirməyi planlaşdırır. Layihənin açılışı məqsədilə təşkilatın nümayəndələri Ağdam rayonunda olmuş, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüblər. Rayon İcra Hakimiyyətinin başçısı qonaqlara Vətən müharibəsi zamanı əhaliyə və infrastruktur obyektlərinə dəymiş ziyan barədə ətraflı məlumat vermişdir.