Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ağdam rayonunda olmuşlar
17 iyun 2021 | 11:00
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə alt nümayəndəliyinin rəhbəri Sabrina Denunq və onun müavini Xudaverdi Rzayev Ağdam Rayon İcra hakimiyyətində olmuş, Rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşmüşlər. Görüşdə 44 günlük vətən müharibəsi zamanı rayonun yaşayış məntəqələrində sosial obyektlərə dəyən ziyanın aradan qaldırılmasına köməklik və zərər çəkmiş əhaliyə gələcəkdə yardımların edilməsi müzakirə edilmişdir.
Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Ağdam rayonunda 7 məktəb binası, 2 Körpələr evi-Uşaq bağçası, 4 tibb məntəqəsinin təmiri və 2 kəndin su xəttinin bərpası nəzərdə tutulub.