Ağdam rayonunda Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir
17 iyun -Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə Ağdam rayonunda tədbir kecirilmişdir .
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər-gül dəstələri düzərək, Onun əziz xatirəsini yad etmişlər.
Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Tədbirdə Ağdam rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov 17 iyun Səhiyyə işçilərinin peşə bayramı gününün tarixinə nəzər salaraq bildirmişdir ki, tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il sərəncamına əsasən hər il iyunun 17-i Azərbaycan Respublikası səhiyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.Ulu Öndər Heydər Əliyevin Səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edən Vaqif Həsənov bu siyasətin bu gün də uğurla davam etdiyini bildirmişdir. Səhiyyə sahəsində yaradılan bu şəraitə və göstərilən diqqət, qayğıya görə ağdamlılar hər zaman Ölkə rəhbərinə öz minnətdarlıqlarını və təşəkkürlərini bildirirlər. Yeni növ koronavirus (COVID-19) pandemiyası yarandığı ilk gündən bütün ümidlər yenə də tibb işçilərinə yönəldiyini qeyd edən Rayon İcra Hakimiyyəti başçısı qlobal bəşəri təhlükə yayılmağa başlayandan həkimlərin yenə də iş başında olduğunu vurğulamışdır. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə tibb işçiləri iki cəbhədə döyüşürdülər. Onlardan biri döyüş cəbhəsi, digəri isə COVID-19-la mübarizə cəbhəsi idi.
Tədbirin sonunda fərqlənən bir qrup səhiyyə işçilərinə Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı verilmişdir.