“Sağlamlıq Xəmsəsi” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ağdam rayonunda olmuşdur
Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin Mərkəzi Fövqəladə Hallara qarşı Mübarizə Fondunun dəstəyilə münaqişənin təsirinə məruz qalmış beş rayonda zəruri səhiyyə xidmətlərinə əlçatanlığı artırmaq üçün “Sağlamlıq Xəmsəsi” layihəsini həyata keçirir.
Füzuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarını əhatə edən bu layihənin məqsədi təxminən 650.000 əhalisi olan bir bölgədə münaqişənin və COVID 19-un təsirini səhiyyə üzərində yükünü minimuma endirmək və psixo-sosial dəstək verməkdir.
Layihənin əsas məqsədi
1. Ucqar bölgələrdə səhiyyə xidmətlərinə əlçatanlığı artırmaq.
2. Psixoloq və tibbi səyyar qrupları cəlb edərək əhaliyə psixi sağlamlıq və psixo-sosial dəstək vermək.
3. Ağdam, Bərdə, Tərtər, Ağcabədi və Füzuli rayonunun seçilmiş 25 məntəqəsində 5 tibbi səyyar komanda vasitəsi ilə zəruri səhiyyə xidmətləri göstərmək .
4. Yerli tibb işçilərinin bilik və bacarıqlarının təlimlər vasitəsilə artırılması.
Layihə çərçivəsində Ağdam rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqlar və dərman vasitələri təqdim edilib. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov,Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər qurumların nümayəndələri iştirak edib.