Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Vətən müharibəsi şəhidi İsmayılov Mirrəhim Mirmehdi oğlunun doğum günü onun Quzanlı qəsəbəsindəki şəhidlər xiyabanındakı qəbrüstü abidəsi önündə qeyd edildi

08 iyun 2021 | 11:00

Şəhidin ailə üzvlərinin , silahdaşlarının, Ağdam rayon İcra Hakimiyyəti əməkdaşlarının, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının iştirak etdiyi tədbirdə ilk olaraq şəhidin məzarı ziyarət edilib.
Mərasim iştirakçıları şəhidimizin məzarı önünə gül dəstələri düzərək abidə önündə sayğı duruşuna dayanıblar.
Daha sonra Sarıcalı kənd tam orta məktəbinin həyətində İsmayılov Mirrəhim və digər iki şəhidimizin əziz xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olmuşdur. Çıxış edənlər İsmayılov Mirrəhimin vətən naminə göstərdiyi qəhrəmanlıqdan, onun vətən sevgisindən geniş söhbət açaraq qeyd ediblər ki, Azərbaycanın qalib olduğu haqq savaşında şəhidimizin danılmaz zəhməti, unudulmaz fədakarlıqları var.
Qeyd edək ki, şəhid İsmayılov Mirrəhim Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə öz döyüş tapşırığını yerinə yetirən zaman  itkin düşmüş, 27 noyabr 2020-ci ildə tarixdə onun şəhid olduğu müəyyən olunmuşdur.
— "Vətən uğrunda" medalı (ölümündən sonra) ilə təltif edilib.
Vətən sağ olsun !

Keçidlər