Gəncliyə Yardım Fondunun da üzv olduğu ''Qardaşlığımız Əbədidir" QHT Koalisiyasının nümayəndələri Ağdam rayonunda olmuşlar
07 iyun 2021 | 11:00
Koalisiyanın üzvləri ilk öncə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşmüş, gələcək planlar barədə söhbət aparmışlar. Daha sonra rayon ərazisində olan vətən müharibəsi şəhidlərinin ailə üzvlərini ziyarət edərək onlara ərzaq bağlamaları vermişlər.