Ağdam Rayon İcra Hakimiyyətində yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə təyinat olub
07 iyun 2021 | 11:00
Ağdam Rayon İcra Hakimiyyətində yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə təyinat olub
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Ağdam Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Belə ki, Ağdam RİH başçısı Vaqif Həsənovun müvafiq əmri ilə qeyd olunan şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Ağdam və Ağdərə rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş, ehtiyyatda olan polkovnik-leytenant Hüseynov Xaliq Araz oğlu təyin edilib.