Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elçin Bağırovun doğum günü onun məzarı başında qeyd edildi

27 aprel 2021 | 11:00

Vətən müharibəsi şəhidi Elçin Bağırovun doğum günü onun məzarı önündə qeyd edilib. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin nümayəndələri, Təhsil Şöbəsinin müəllim kollektivi və digər şəxslər iştirak ediblər. İştirakçılar Vətən müharibəsində igidlik göstərərək şəhid olmuş şəhidlərin qəhrəmanlıqlarından danışmışlar.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elçin Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Bağırov Talış kəndi uğrunda gedən döyüşlərdə yaralansa da komandirlərinin təkidinə baxmayaraq, döyüşə davam edib. Yaralı yoldaşlarını, şəhid olanların nəşini düşmənin əlinə keçməsin deyə uzaq məsafəni qət edərək çiynində daşıyıb, yenidən döyüş bölgəsinə qayıdıb. Elçin Bağırov Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq oktyabrın 1-də Talış istiqamətində şəhid olsada, Uzun müddət nəşi tapılmayıb. Nəhayət 20 dekabr 2020-ci ildə Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Elçin Bağırov 1989-cu il aprelin 27-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub.  2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Atası gənc yaşında vəfat edəndə Elçinin cəmi 1 yaşı var idi.  Elçin hər zaman, hər yerdə Xocalıda soyqırıma uğrayan qohumlarının, soydaşlarının qisasını alacağını, erməni terrorçularının qənimi olacağını deyərdi.  İllərlə ordumuzun sıralarında şərəf və ləyaqətlə xidmət edib.
Ailəli idi, dörd övladı yadigar qaldı.

Keçidlər