Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun ailə üzvləri ilə görüşüb
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun 75-ci doğum günü münasibətilə onun ailə üzvləri ilə görüşüb. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Qəhrəmanla çiyin-çiyinə döyüşmüş keçmiş döyüşçülər tərəfindən Allahverdi Bağırovun keçdiyi zəngin həyat, şərəfli döyüş yolu ehtiramla xatırlanmış, onun Birinci Qarabağ müharibəsindəki xidmətlərinin danılmaz olduğu qeyd edilərək dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyi vurğulanmışdır.
Görüşdə o da qeyd edilib ki, işğaldan azad olunan Ağdam şəhərində bərpa, quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə başlanılan zaman respublikanın aidiyyəti qurumları ilə razılaşdırılmış qaydada, memarlıq və şəhərsalma normalarına uyğun olaraq Milli Qəhrəmanın məzarüstü abidə kompleksi yaradılacaqdır. Artıq bununla bağlı ilkin layihə də hazırlanıb.
Milli Qəhrəman Allahverdi Bağırovun ailə üzvləri şəhid ailələrinə hər zaman dövlətimiz və rayon rəhbərliyi tərəfindən göstərilən hərtərəfli diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Şəhid Milli Qəhrəman Bağırov Allahverdi Teymur oğlu 22 aprel 1946-cı ildə Ağdamda anadan olub. 1993-cu il iyunun 14-də Allahverdi Bağırov Naxçıvanlı kəndindən Ağdam şəhərinə geri qayıdarkən minaya düşərək şəhid olmusdur.
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il fərmanı ilə Allahverdi Bağırov “Qızıl Ulduz” medalı ilə təltif olunub.