Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Vətən müharibəsi şəhidlərinin doğum günü qeyd edildi

20 aprel 2021 | 11:00

Əkiz Şəhid, Tacir və Nazir Allahverdiyev qardaşlarının anım tədbiri keçirilib.
Şəhid qardaşların ailə üzvlərinin , silahdaşlarının, Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimovanın, rayon Təhsil Şöbəsinin əmkdaşlarının, Çullu kənd tam orta məktəbin müəllim və şagird heyyətinin,  şəhid ailələrinin, müharibə iştirakçılarının və şəhidin doğulduğu Çullu kənd sakinlərinin də iştirak etdiyi tədbirdə ilk olaraq şəhidlərin məzarı ziyarət edilib.
Mərasim iştirakçıları hər iki şəhidimizin məzarı önünə gül dəstələri düzərək abidə önündə sayğı duruşuna dayanıblar.
Sonra onların döyüş yollarına nəzər salınıb. Çıxış edənlər Tacir və Nazir Allahverdiyev qardaşlarının vətən naminə göstərdikləri qəhrəmanlıqdan, Xalqa və Dövlətə bağlılıqdan , onların vətən sevgisindən geniş söhbət açaraq qeyd ediblər ki, Azərbaycan Respublikasının qalib olduğu haqq savaşında şəhid qardaşların danılmaz zəhməti, unudulmaz fədakarlıqları var.
Qeyd edək ki, şəhid Tacir və Nazir Allahverdiyev qardaşları Vətən müharibəsi zamanı öz döyüş tapşırıqlarını yerinə yetirən zaman - 24 oktyabr 2020 ci ildə Füzuli-Cəbrayıl-Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar.
— "Vətən uğrunda" medalı (ölümündən sonra) ilə təltif ediliblər .
Vətən sağ olsun !

Keçidlər