Şəhid, silahlı qüvvələrin zabiti kapitan Əsəd Həsənovun anım tədbiri keçirilib.
Şəhidin ailə üzvlərinin , silahdaşlarının, Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimovanın, Ağdam rayonundan olan şəhid ailələrinin, müharibə iştirakçılarının və şəhidin doğulduğu İmişli rayonunun Şahverdili kənd sakinlərinin də iştirak etdiyi tədbirdə ilk olaraq şəhid kapitanın məzarı ziyarət edilib.
Mərasim iştirakçıları zabitin məzari önünə gül dəstələri düzərək abidə önündə sayğı duruşuna dayanıblar.
Sonra onun döyüş yoluna nəzər salınıb. Çıxış edənlər Əsəd Həsənovun vətən naminə göstərdiyi qəhrəmanlıqdan, Xalqa və Dövlətə bağlılıqdan , onun vətən sevgisindən geniş söhbət açaraq qeyd ediblər ki, Azərbaycan Respublikasının qalib olduğu haqq savaşında şəhid kapitanın danılmaz zəhməti, unudulmaz fədakarlığı var.
Şəhidin atası anım mərasimində iştirak edən bütün qonaqlara , oğlunun silahdaşlarına və Ağdam rayon İcra Hakimiyyətinin nümayəndələrinə öz dərin təşəkkürünü bildirib.
Tədbir , şəhidin doğulduğu evdə onun şəxsi əşyalarına baxış keçirməklə sona çatıb.
Qeyd edək ki, şəhid kapitan, Əsəd Həsənov Vətən müharibəsi zamanı Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissənin artilleriya divizionunda Qərargah rəisi kimi xidmət edirdi. O öz döyüş tapşırığını yerinə yetirən zaman - 1 oktyabr 2020 ci ildə Ağdamda qəhrəmancasına həlak olub.
— "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
— "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
— "Vətən uğrunda" medalı (ölümündən sonra) təltif edilib .
Vətən sağ olsun !