Ukrayna Baş naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyyəti Ağdam rayonunda olmuşdur
15 aprel 2021 | 11:00
Ukrayna Baş nazirinin müavini – Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilərinin Yenidən İnteqrasiya naziri Aleksey Reznikovun rəhbərlik etdiyi nümayəndə heyyəti Ağdam rayonuna olmuş, rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşmüşdür. Rayon İcra Hakimiyyətinin başçısı qonaqlara 44 günlük Vətən müharibəsi dövründə mülki əhaliyə və infrastruktura dəyən ziyanla bağlı ətraflı məlumat verib. Daha sonra qonaqlar Ağdam şəhərinin tamamilə məhv edilməsinin, tarixi və dini abidələrin dağıdılmasının şahidi olduqlarını, gördükləri bu faciəvi mənzərənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklərini bildirmişlər.