Şriftin ölçüsü :

Saytın rəngi :

BMT-nin humanitar məsələlər üzrə mütəxəssisləri Ağdam rayonunda səfərdə olmuşlar

13 aprel 2021 | 11:00

BMT-nin Ehtiyacların Qiymətləndirməsi İşçi Qrupu münaqişədən zərər çəkmiş bölgələrə səfəri çərçivəsində Ağdam rayonunda olmuşlar. Missiya nümayəndələri əvvəlcə Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşmüşlər. Görüş zamanı BMT mütəxəssisləri gəlişin əsas məqsədinin təcili humanitar müdaxiləni hazırlamaq və müvafiq qiymətləndirmələr aparmaqdan ibarət olduğunu bildirmişlər. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı qonaqlara yaşayış məntəqələrinin müharibədən zərər çəkməsi və mülki əhaliyə dəymiş ziyan barədə ətraflı məlumat vermişdir. Daha sonra qonaqlar yerli icmaların nümayəndəri ilə görüşmək üçün rayonun Əhmədağalı kəndində olmuş və onlarla görüşmüşlər.

Keçidlər