Şriftin ölçüsü :

Saytın rəngi :

30 ildən artıq bir müddətdə Ağdam rayon Poçt Şöbəsinə rəhbərlik edən, Ağdam Poçt Filalının rəisi Elbrus Hüseynov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

08 aprel 2021 | 11:00

30 ildən artıq bir müddətdə Ağdam rayon Poçt Şöbəsinə rəhbərlik edən, Ağdam Poçt Filalının rəisi Elbrus Hüseynov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bu münasibətlə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Elbrus Hüseynovla görüşərək ona uzun illər göstərdiyi qüsursuz xidmətə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə təşəkkürünü bildirib. Qeyd edib ki, işlədiyi 30 ildən çox müddət ərzində öz peşəkarlığı və işgüzarlığı ilə özündən sonrakı gənc nəslə bir nümunə olmuşdur. Daha sonra Elbrus Hüseynov qüsursuz xidmətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Ağdam rayon İcra Hakimiyyətini başçısının fəxri fərmanı ilə təltif edilib.
Elbruz Hüseynov onun xidmətinə verilən qiymətə və onun şəxsinə göstərilən diqqətə görə rayon İcra Hakimiyyətini başçısına minnətdarlığını bildirib.

Keçidlər